Son bir həftə ərzində Azərbaycan çempionatında çıxış etmiş iki futbolçunun Ermənistanın "Alaşkert" klubuna transfer olunması diqqət çəkib. Sport24.az-ın məlumatına görə, İrəvan təmsilçisi ötən gün "Qəbələ"nin sabiq futbolçusu Domi Massumonu heyətinə qatdığını açıqlayıb. Bundan əvvəl isə, iyunun 14-də ötən mövsümü "Şamaxı"da keçirən Sezar Enrike ilə müqavilə imzalanıb.

Hər iki futbolçu Azərbaycan klublarında pis təsir bağışlamamışdı. Massumo "Qəbələ"nin, Enrike isə "Şamaxı"nın heyətində faydalı oyunçulardan hesab olunurdu. Onlar mövsümün sonunda əvvəlki klubları ilə anlaşa bilməsələr də, karyeralarını ölkəmizin digər komandalarında davam etdirmək variantları da mövcud idi.

Bu transferlər maraqlı sual yaradır: Azərbaycanda çıxış edən legionerləri "Alaşkert"ə kim tövsiyə edir? Ermənistan klubu təsadüfən ardıcıl olaraq Azərbaycan çempionatından futbolçu seçmir. Görünür, qonşu ölkədə Premyer Liqamızı yaxından izləyənlər var və ya bu bazarı yaxşı tanıyan menecerlər fəaliyyət göstərirlər