"Qarabağ"ın sabiq futbolçusu Kris Koaku klubunu dəyişib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi Norveçin "Sarpsborq" klubundan İsrail təmsilçisi "İronoi Tiberias"a keçib.

 

Bu barədə klubların mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

 

Koaku bu ilin martında "Qarabağ"dan "Sarpsborq"a keçmişdi.