"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri klubla müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Siti" 29 yaşlı ispaniyalıya bir neçə ay əvvəl yeni müqavilə təklif edib, lakin tərəflər hələ də razılığa gələ bilməyiblər. Hazırda danışıqlar dayandırılıb.

 

Rodrinin İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Daha əvvəl mediada "Real"ın yarımmüdafiəçinin transferində maraqlı olduğu ilə bağlı xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, Rodri 2019-cu ildən "Mançester Siti"nin formasını geyinir. O, komandada 298 oyun keçirib, 28 qol vurub və 32 məhsuldar ötürmə edib. İspaniyalı futbolçu 2024-cü ildə "Qızıl top" mükafatını qazanıb.