Cənubi Afrika millisinin oyunçuları DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Çexiya ilə 1-1 hesablı heç-heçədən sonra qiymətli hədiyyələr alıblar. Sport24.az xəbər verir ki, bu barədə "Ataque Futbolero" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, hədiyyə dəstinin dəyəri təxminən 50.000 dollardır. Oyunçulara saatlar, qolbağı və digər zərgərlik əşyaları verilib.
Qeyd edək ki, Cənubi Afrika A qrupunda bir xalla dördüncü yerdədir. Onlar iyunun 25-də Cənubi Koreya ilə qarşılaşacaqlar.