"Barselona" və Braziliya millisinin yarımmüdafiəçisi Rafinya bud əzələsindən zədə alıb və DÇ-2026-nın qalan hissəsini buraxmaq riski ilə üzləşib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Xavi Hernandez Navarro paylaşım edib.

 

Futbolçu qrup mərhələsinin ikinci turunda Haiti ilə oyunda sıradan çıxıb. Rafinya Braziliyanın 3:0 hesablı qələbəsi ilə başa çatan matça əsas heyətdə başlayıb, lakin zədə səbəbindən ilk hissənin sonlarında əvəzlənib.

 

Braziliya Futbol Konfederasiyası da oyunçunun zədələndiyini təsdiq edib. Rafinya hazırda millinin düşərgəsindədir və bərpa prosesini davam etdirir. Ancaq onun nə vaxt sıraya dönəcəyi qeyri-müəyyəndir.

 

Yarımmüdafiəçi əvvəllər də oxşar problemlərlə qarşılaşıb. 2025-ci ilin sentyabrında və 2026-cı ilin martında bud əzələsindən aldığı zədə səbəbindən o, "Barselona" və Braziliya millisində ümumilikdə 20 oyunu buraxıb.

 

Qeyd edək ki, 29 yaşlı Rafinha yığmada 41 oyun keçirib və 11 qol vurub.