Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Neftçi"yə daha bir futbolçu təklif edilib. Sport24.az-ın məlumatına görə, hələlik adı dəqiqləşdirə bilməsək də, paytaxt klubuna Almaniya II Bundesliqasında çıxış edən oyunçunun xidməti təqdim olunub.

Həmin futbolçu hücumçu mövqeyində çıxış edir.

Klub rəhbərliyi və seleksiya şöbəsi onunla bağlı ilkin məlumatları nəzərdən keçirib.

Mənbənin bildirdiyinə görə, təklif olunan bütün futbolçularla bağlı qərarı baş məşqçi Yuri Vernidub verir. Ukraynalı mütəxəssis futbolçuların texniki-taktiki göstəricilərini və komandanın ehtiyaclarını dəyərləndirdikdən sonra transferlə bağlı yekun qərar verilir.

Qeyd edək ki, "Neftçi" yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bakı təmsilçisi indiyədək Rüfət Abbasov və Qustavo Klismanı heyətinə qatıb.