Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, yığmamız Portuqaliya ilə üz-üzə gələcək.

 

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

 

Qeyd edək ki, komandamız Bakıda keçirilən mərhələnin ilk oyununda Macarıstana 1:3 (19:25, 25:22, 27:29, 16:25) hesabı ilə məğlub olub.