"Qarabağ" Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb. Sport24.az xəbər verir ki, "atlılar" Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb.
Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2012-ci ildən "Qarabağ"ın formasını geyinən Hüseynov Premyer Liqada 267 oyunda 5 qol vurub. O, komanda ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.