Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya kubokunun qalibi olub. Sport24.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.

 

Hər 3 raundu xeyrinə Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb və Dünya kubokunda qızıl medala yiyələnib.

 

Beləliklə, Azərbaycan milli komandası 40 ölkənin 300 idmançısının qatıldığı ilin ikinci reytinq xarakterli yarışını 1 qızıl və 2 bürünc medalla başa vurub. Boksçularımızdan daha öncə Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc mükafat qazanıb.