Son olaraq "Araz-Naxçıvan"da çıxış etmiş Əyyub Allaş yenidən Azərbaycana dönmək istəyir. Bu barədə Sport24.az-a mərakeş əsilli belçikalı yarımmüdafiəçi özü məlumat verib.

O, yenidən Premyer Liqada çıxış etmək istədiyini vurğulasa da, təklifin hansı komandadan gələcəyindən çox şeyin asılı olduğunu da açıqlayıb.

Qeyd edək ki, Əyyub Allaş  2023-cü ilin qışından 2024-cü ilin yayına qədər "Qəbələ"nin formasını geyinib.