Davam edən futbol üzrə dünya çempionatında F qrupunda II turun oyunu baş tutub. Sport24.az xəbər verir ki, Monterrey şəhərində keçirilən qarşılaşmada Yaponiya millisi Tunislə üz-üzə gəlib.

 

Oyunda azarkeşlər erkən qola şahidlik ediblər. 4-cü dəqiqədə Daiti Kamada Asiya təmsilçisini hesabda önə çıxarıb. 31-ci dəqiədə isə Ayase Ueda hesab arasında fərqi iki topa çatdırıb.

 

İkinci yarıda yaponlar daha iki dəfə afrikalıları meydanın mərkəzinə dəvət ediblər. Ueda 81-ci dəqiqədə dublunun rəsmiləşdiribsə, Cunya İto 69-da adını tabloya yazdırıb. 

 

Qeyd edək ki, bu qrupun digər oyununda Niderland İsveçə 5:1 hesabı ilə qalib gəlib.