"Trabzonspor" Çibuike Nvaivu üçün "Fulhem"in təklifini geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə "Fotomaç" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Premyer liqa təmsilçisi nigeriyalı müdafiəçinin transferi üçün "bordo-mavililər"ə rəsmi olaraq 20 milyon avro təklif edib. Lakin Trabzon klubunun rəhbərliyi bu məbləğlə razılaşmayıb.

Qeyd edək ki, Çibuike Nvaivu ötən qış Avstriyanın "Volfsberger" klubundan 5,5 milyon avro qarşılığında Qaradəniz təmsilçisinə keçmişdi. Qısa müddətdə komandanın liderinə çevrilən gənc stoper geridə qalan mövsümdə müdafiədəki etibarlı oyunu ilə yanaşı, hücum xəttində də effektiv olub. O, "Trabzonspor" forması ilə çıxış etdiyi matçlarda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.