"Mançester Siti" Enzo Mareskanın azad agent statusu alması üçün "Çelsi" ilə danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "zadəganlar" isə "şəhərlilər"dən təzminat tələb edir. "Çelsi"də hesab edirlər ki, italyan mütəxəssis hələ London klubunun baş məşqçi olduğu dövrdə "Siti" rəsmiləri onunla qanunsuz əlaqə saxlayıblar. Bu da şikayət etmək üçün kifayət qədər əsas verir.

 

Qeyd edək ki, Mareska üçün təzminatın 10 milyon funt sterlinqdən çox olacağı gözlənilir.