2026-cı il dünya çempionatında E qrupunun II turunun oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, Almaniya millisi Fil Dişi Sahili ilə qarşılaşacaq.

 

Toronto Stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Hər iki komanda ilk turu qələbə ilə başa vurub. Almaniya Kurasaonu 7:1 hesabı ilə məğlub edib. Fil Dişi Sahili isə Ekvador üzərində minimal hesablı qələbə qazanıb - 1:0.

 

DÇ-2026
E qrupu, II tur
21 iyun
00:00. Almaniya - Fil Dişi Sahili