Gürcüstanın U-21 yığmasının futbolçusu Andriyu Bartişvili Avropa klublarının diqqətindədir. Sport24.az xəbər verir ki, "Yuventus" və "Arsenal" 17 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə BBC məlumat yayıb.

 

Klublar Bartişvilini bir müddətdir izləyir. "Arsenal"ın artıq oyunçunun klubu "Kolxeti Poti" ilə danışıqlara başladığı qeyd edilib.

 

Futbolçu hazırda icarə əsasında "İberiya"da çıxış edir.