"Tottenhem"nin müdafiəçisi Luka Vuşkoviç Premyer Liqa klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Brayton" xorvatiyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
"Qağayılar" 18 yaşlı xorvatiyalı mərkəz müdafiəçisi üçün ümumi dəyəri 45 milyon funt sterlinq olan yeni təklif göndərib. Daha əvvəl təqdim olunan iki təklifin rədd edilməsinə baxmayaraq, tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Luka Vuşkoviç Avropanın ən perspektivli gənc müdafiəçilərindən biri hesab olunur və onun xidmətində bir sıra klublar maraqlıdır.