"Koventri"nin baş məşqçisi Frank Lempard klubla müqaviləsini uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, yeni müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq.

 

47 yaşlı mütəxəssis 2024-cü ildən "Koventri"ni çalışdırır. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, "Koventri" 2025/26 mövsümünün yekunlarına əsasən, Premyer Liqaya yüksəlib. Lempard isə Çempionşipdə ilin baş məşqçisi seçilib.