21 yaşadək Azərbaycan millisinin futbolçuları Edqar Ədilxanov və Oruc Məmmədov karyeraları ilə bağlı qərar veriblər. Sport24.az-ın əldə etdiyi məlumata görə, hər iki oyunçu digər Premyer Liqa təmsilçilərinin diqqət mərkəzində olublar.

Lakin onlar 2026/2027 mövsümündə də "Şamaxı"nın formasını geyinəcəklər.

Qeyd edək ki, Edqar Ədilxanov 2023-cü ildən, Oruc Məmmədov 2025-ci ildən "şirlər"in formasını geyinir. Hər ikisinin müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.