Bu gün səhər saatlarında keçirilən Türkiyə - Paraqvay oyunu ilə dünya çempionatının D qrupunda II tura yekun vurulub. Sport24.az xəbər verir ki, matç San-Fransiskodakı "Bay Arena" stadionunda keçirilib.

 

Görüş paraqvaylıların erkən qolu ilə başlayıb. 2-ci dəqiqədə Matias Qalarsa komandasını hesabda irəli çıxarıb. Qalan dəqiqələrdə türklər azlıqda qalan rəqibi ilə bacarmadı və məğlub olmaqla pley-off şansını itirib. 

 

Qeyd edək ki, qrupun digər oyununda ABŞ millisi Avstraliyanı 2:0 məğlub edərək pley-offa vəsiqəni təmin edib.