Türkiyə milli komandası dünya çempionatı tarixində unikal və bir o qədər də məyusedici antirekorda imza atıb. Sport24.az xəbər verir ki, "ay-ulduzlular" mundialın son iki oyununda rəqib qapılarına ümumilikdə 62 zərbə endirsələr də, qol sevinci yaşaya bilməyiblər.

Statistik göstəricilərə görə, 1966-cı ildən bu yana turnir tarixində heç bir komanda ardıcıl iki matçda bu qədər çox zərbə vurub meydanı qolsuz tərk etməyib.

Qeyd edək ki, Türkiyə əvvəlcə Avstraliyanın qapısına 30, daha sonra isə Paraqvayın "çərçivə"sinə 32 zərbə endirsə də, hər iki oyunda hesabı açmaq mümkün olmayıb.