"Mançester Yunayted"dən ayrılan Kazemiro karyerasına MLS-də davam edəcək. Sport24.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "İnter Mayami" ilə anlaşıb.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Tərəflər arasında yaxın zamanda müqavilə imzalanacaq.

 

Kazemiro 2022-ci ildən "Mançester Yunayted"də çıxış edirdi. O, daha əvvəl "Real"ın formasını geyinib.

 

"İnter Mayami"də argentinalı hücumçu Lionel Messi top qovur.