Braziliyalı keçmiş futbolçu Ronaldinyo karyerasını bərpa edib. Sport24.az xəbər verir ki, 46 yaşlı yarımmüdafiəçi C Seriyası təmsilçisi "Ravenna" ilə müqavilə imzalayıb.
Ronaldinyo daha əvvəl "Barselona", "Milan" kimi klublarda forma geyinib. O, 2018-ci ildə peşəkar karyerasını başa vurmuşdu.
Braziliyalı futbolçu milli komandada 97 oyunda 33 qol vurub.