"Zirə" yeni futbolçuyla anlaşıb. Sport24.az xəbər verir ki, "qartallar" brazilyalı Maykon Kleytonu heyətinə qatıb.
Qapıçıyla 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Santa Kruz", "Redd Bull Braqantino", "Vitorio", "Seara" və Portuqaliyanın "Portimonense" klublarında çıxış edib.