I Liqaya vəsiqə qazanan "Xankəndi" klubunun məşqçilər korpusunda dəyişiklik baş verib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Baş məşqçi Zaur Hacıyevin köməkçisi Ceyhun Cavadovla yollar ayrılıb. Mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son qoyulub.

 

"Xankəndi" yeni mövsümdə I Liqada mübarizə aparacaq.