"Hazırda qarşıdakı iki oyunda favorit bizik. Buna görə də qrup mərhələsini keçməliyik".
Bu sözləri Sport24.az-a açıqlamasında xorvatiyalı keçmiş qapıçı Vyekoslav Tomiç ölkəsinin dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib.
Vaxtilə "Xəzər Lənkəran" formasını geyinən veteran futbolçu qrupdan sonrakı matçların 50/50-yə olduğunu bildirib:
"Bir az da bəxtimiz gətirsə, turnirin sonuna qədər irəliləyə bilərik. Bu, çoxlu komandanın iştirak etdiyi yaxşı mundialdır. Mənim fikrimcə, ən güclü komanda Argentinadır. Bizim komanda azarkeşlərinin dəstəyi ilə yarımfinala qədər yüksələ bilər. Ümid edirəm ki, çempion biz olacağıq".
Qeyd edək ki, L qrupunda yer alan Xorvatiya seçməsi 1 turdan sonra xalsızdır. Komanda növbəti görüşünü Panamaya qarşı keçirəcək.