"Sabah"ın Avstriya toplanışındakı rəqibləri müəyyənləşib. Sport24.az klubun mətbuat xidmətinə istinadən  xəbər verir ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

 

"Bayquşlar"ın ilk rəqibi Rumıniyanın "Universitatya Krayova" klubu olacaq. Matç iyunun 24-də keçiriləcək. İyunun 28-də təmsilçimiz Macarıstanın "Ferentsvaroş", iyulun 2-də isə Ukraynanın "Polissya" komandaları ilə qarşılaşacaq.

 

Qeyd edək ki, "Sabah" bu yay ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.