Yeni mövsümə hazırlaşan "Araz-Naxçıvan" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Rəşad Həsənovla bir illik müqavilə imzalanıb.
Karyerası ərzində "Keşlə", "Şamaxı" və "Zirə-2"-nin formasını geyinən 23 yaşlı futbolçu son mövsümü I Liqada mübarizə aparan "Cəbrayıl"ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.