DÇ-2026-nın qrup mərhələsi çərçivəsində keçirilməli olan Fransa - İraq matçı əlverişsiz hava şəraitinə görə, ləğv oluna bilər. Sport24.az xəbər verir ki, qarşılaşmanın çərşənbə axşamı gecəsi ABŞ-ın Filadelfiya şəhərindəki "Linkoln Financial Field" stadionunda keçirilməsi planlaşdırılır.

 

Oyun günü Filadelfiyada güclü yağış, ildırım və qasırğa gözlənilir. ABŞ-da sərt hava təhlükəsizliyi qaydaları tətbiq olunur, o cümlədən stadiondan 13 km məsafədə ildırım düşərsə, 30 dəqiqəlik fasilə verilməlidir.