İngiltərənin "Nyukasl" klubu "Brayton"un yarımmüdafiəçisi Yasin Ayarini transfer etmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Football İnsider" məlumat yayıb.

22 yaşlı futbolçunun "Brayton" müqaviləsinin müddəti gələn yay başa çatır. Bu səbəbdən klub rəhbərliyi oyunçu ilə ya yeni sözləşmə imzalamalı, ya da onun gələn il azad agent statusu ilə pulsuz ayrılmaması üçün bu yay satışına icazə verməlidir.

Mənbənin məlumatına görə, "Nyukasl" yaranmış vəziyyəti yaxından izləyir. "Brayton" isveçli yarımmüdafiəçi ilə yeni müqavilə ilə bağlı ortaq məxrəcə gələ bilməsə, Nyukasl təmsilçisi gənc istedadı münasib qiymətə heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Brayton" ötən yay Ayari üçün 20 milyon funt-sterlinq tələb edirdi. Lakin müqavilə müddətinin bitməsinə az qalması səbəbindən hazırda bu məbləğin əhəmiyyətli dərəcədə aşağı düşəcəyi gözlənilir.