"Qarabağ" yeni mövsümə hazırlıq çərçivəsində təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb. Sport24.az xəbər verir ki, ötən mövsümün sonlarında əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev də komandanın səfər siyahısına daxil edilib. 

 

Müdafiəçi kollektivlə birlikdə Avstriyaya yollanıb.

 

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsümün sonlarında baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.