"Tottenhem"in gənc yarımmüdafiəçisi Lukas Berqval komandadan ayrılmaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

19 yaşlı futbolçu London təmsilçisində inkişaf etmək üçün kifayət qədər oyun şansı əldə etməyəcəyini düşünür. Bu səbəbdən o, karyerasını başqa komandada davam etdirməyə üstünlük verir.

Qeyd edək ki, Berqvallın vəziyyəti bir sıra klubların diqqət mərkəzindədir və yaxın günlərdə onunla bağlı transfer danışıqlarının sürətlənəcəyi gözlənilir.