Misir millisinin kapitanı Məhəmməd Salah 2026-cı il dünya çempionatında Yeni Zelandiya üzərində qazanılan 3:1 hesablı qələbədən sonra tarixi uğuru dəyərləndirib. Sport24.az xəbər verir ki, qarşılaşmanın qəhrəmanlarından olan təcrübəli hücumçu bu nəticənin Misir futbolu üçün dönüş nöqtəsi olduğunu bildirib:

"Oyundan əvvəl futbolçulara dedim ki, bu gün tarix yaza bilərik. Qrupu lider kimi başa vursaq, bu nəticə illərlə xatırlanacaq. Misir futbolu üçün çox vacib, unudulmaz bir qələbə qazandıq".

Yeni Zelandiya ilə görüşdə fərqlənən Salah komandasının ikinci qoluna imza atıb, daha sonra isə üçüncü qolda məhsuldar ötürmə müəllifi olub. Təcrübəli hücumçu əldə olunan nəticədən qürur duyduğunu gizlətməyib:

"Tarixin yazılmasında pay sahibi olmaq mənim üçün böyük fəxrdir. Ancaq indi növbəti oyuna köklənməliyik. Məqsədimiz qrup liderliyini qorumaq və azarkeşlərimizi sevindirməyə davam etməkdir".

Qeyd edək ki, bu tarixi qələbə sayəsində xalını 6-ya çatdıran Misir G qrupunun liderliyinə yüksəlib.