"Yuventus"un futbolçusu Duşan Vlahoviç karyerasını Türkyə Süper Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "qara qartallar" serbiyalı hücumçunun xidmətində maraqlıdır.
Bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İstanbul təmsilçisi 26 yaşlı futbolçuya 30 milyon dollar + 10 milyon dollar bonus olmaqla ümumilikdə 40 milyon dollarlıq təklif edəcəyi bildirilir.
Qeyd edək ki, Vlahoviç hələlik Avropanın top klublarından rəsmi təklif gözləməyə üstünlük verir və yaxın zamanda böyük bir transfer qərarı verməyə tələsmir. Onun və agentinin əsas hədəfi yüksək səviyyəli Avropa klubundan gələcək təkliflərdir.