İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç dünya çempionatının qrup mərhələsinin ikinci turunda Belçika və İran arasında 0-0 hesabı ilə başa çatan oyun barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "FOX Sports"-a açıqlama verib:

 

"Bu matç zamanı yuxuya getdim. Sözlərimi boş yerə sərf etmək istəmirəm".

 

Qrup mərhələsinin son turunda Belçika Yeni Zelandiya (27 iyun), İran isə Misirlə (həmçinin 27 iyun) qarşılaşacaq.

 

Qeyd edək ki, hazırda ABŞ, Kanada və Meksikada davam edən dünya çempionatı iyulun 19-da başa çatacaq.