Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Gürcüstana yola düşüb. Sport24.az xəbər verir ki, F qrupunda ev sahibləri, Monteneqro, Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq millimiz ilk matçını mayın 7-də Monteneqroya qarşı keçirəcək.

Bir müddət öncə koronavirusa yoluxan millimizin baş məşqçisi Fərid Cəlalov səhhətində yaranan problemlərə görə təsnifat mərhələsinə komandamızla yollanmayıb. Yığmamızı çempionatın oyunlarına baş məşqçi kimi Pərviz Səmədov çıxaracaq. Ona Dilqəm Qəhrəmanovla Akif Vəliyev kömək edəcək.

Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək oyunçular isə bunlardır: Abdullayev Emil, Ağabəyov Ramazan, Ağazadə Aqil, Əliyev Ruslan, Alişanov Elmin, Allahverdiyev Kənan, Baranov Dimitri, Dünyamalıyev Sənan, Həsənli Tural, Nikulenko Yeqor, Rzazadə Mirəşrəf, Vasilenko Andrey, Qurskiy Roman.

AÇ-2021-in seçmə mərhələsi
F qrupu
1-ci dövrə

1-ci tur, 7 may
Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan

2-ci tur, 8 may
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan

3-cü tur, 9 may
Yunanıstan – Azərbaycan
Monteneqro - Gürcüstan

2-ci dövrə

4-cü tur, 14 may
Gürcüstan – Yunanıstan
Monteneqro - Azərbaycan

5-ci tur, 15 may
Yunanıstan – Azərbaycan
Gürcüstan - Monteneqro

6-cı tur, 16 may
Azərbaycan – Gürcüstan
Yunanıstan - Monteneqro