III MDB Oyunlarında 15 yaşadək voleybolçu qızlar arasında finalçılar müəyyənləşib. Sport24.az xəbər verir ki, bu gün Gəncə İdman Sarayında keçirilən yarımfinal qarşılaşmalarında ilk olaraq Azərbaycan və Belarus yığmaları üz-üzə gəlib.

 

 Oyun Belarus millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Daha sonra Rusiya və Özbəkistan komandaları finala vəsiqə uğrunda qarşılaşıblar. Bu oyunda Rusiya yığması rəqibini 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

 

Oktyabrın 6-da keçiriləcək finalda Belarus və Rusiya milliləri qızıl medal uğrunda mübarizə aparacaqlar. Bürünc medal uğrunda qarşılaşmada isə Azərbaycan və Özbəkistan yığmaları üz-üzə gələcəklər.

 

III MDB Oyunları
Yarımfinal
5 oktyabr

Azərbaycan – Belarus
 - 1:3 (25:19, 22:25, 18:25, 17:25)
Rusiya – Özbəkistan - 3:0 (25:6, 25:17, 25:7)

 

6 oktyabr
Bürünc medal

10:00. Azərbaycan - Özbəkistan

Final
13:00. Belarus - Rusiya