Oktyabrın 4-də final mərhələsi 2026-cı ildə təşkil olunacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Bu barədə Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.
Püşkatma mərasimi şənbə günü Bari şəhərində baş tutacaq. Tədbirdə AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millinin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.
Yarışın biletləri bu il noyabrın 7-də satışa çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Höteborq (İsveç) şəhərlərində baş tutacaq.