İtaliya millisinin sabiq üzvü Daniele De Rossiyə A seriyasından təklif gəlib. Sport24.az xəbər verir ki, "Torino" De Rossiyə baş məşqçi postunu təklif edib.

 

Hazırda 42 yaşlı mütəxəssis gələn təklifi götür-qoy edir.

 

"Torino" rəhbərliyi artıq növbəti turdan De Rossinin təyinatını rəsmiləşdirmək istəyir. 

 

O, bundan əvvəl SPAL və "Roma"da baş məşqçi kimi çalışıdıb.

 

Yeri gəlmişkən, "Torino" A Seriyasında 4 xalla turnir cədvəlinin 15-ci pilləsindədir.