"Gəncə" daha bir basketbolçunu heyətini gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

ABŞ-dən olan Erik Koups mövsümün sonuna kimi komandanın şərəfini qoruyacaq.

 

Təcrübəli oyunçu daha əvvəl Albaniya, Gürcüstan, Rumıniya, Macarıstan, Kosovo və İsraildə oynayıb. Koupsun son klubu "Elitzur Yavne" (İsrail) olub.