Azərbaycanın "Abşeron Lions" basketbol komandası Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin cavab oyununda səfərdə Kipr təmsilçisi "Anortosis"lə üz-üzə gəlib.

 

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 77:60.

 

Azərbaycan komandası ilk matçda rəqibini 89:73 hesabı ilə üstələmişdi.

 

Qeyd edək ki, "Abşeron Lions" məhz daha yaxşı göstəricilərə əsasən mübarizəni Avropa Kubokunun əsas mərhələsində davam etdirmək hüququ qazanıb.