"Gəncə" klubu yeddi basketbolçu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisindən məlumat verilib.
Bildirilib ki, klubla müqavilə müddəti başa çatan Andre Boll, Corc Peterson, Cordan Forbs, Kaan Yıldırımkanlı, Lavon Holland, Malek Deyvis və Markus Qilson komandanı tərk ediblər.