İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb. Sport24.az xəbər verir ki, La Liqa nəhəngi Mark Bernalın sözləşməsinin müddətini uzadıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İspaniya U-17 millisinin sabiq üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. 18 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.