47 peşəkar idmançıdan ibarət qrup UEFA-ya məktub göndərərək İsrailin beynəlxalq yarışlarda iştirakını dayandırmağa çağırıb. Sport24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bəyanatı Qətərin "Əl-Duhail" klubunda çıxış edən Hakim Ziyeç, "Kristal Pelas"ın yarımmüdafiəçisi Çeyk Dukur, "Maynts"ın keçmiş yarımmüdafiəçisi Ənvər Əl Qazi, "İpsviç"in keçmiş kapitanı Sem Morsi və Kriket üzrə İngiltərə millisinin keçmiş üzvü Moin Əli imzalayıb.

 

Qeyd edək ki, "Monako"nun yarımmüdafiəçisi Pol Poqbanın da məktuba imza atdığı bildirilsə də, hazırda onun adı siyahıda yoxdur.