"Baku Sportinq"ə 4:1 hesabla məğlub olduğumuza görə çox məyusuq. Rəqib yaxşı komandadır. Fərdi keyifiyyəti yüksək olan futbolçuları var. Adil səhvlərdən qollar buraxdıq". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi "Şimal"ın kapitanı Tural Cəlilov deyib.
Təcrübəli futbolçu komandasının liqanın 3-cü turunda "Bakı Sportinq" böyükhesablı məğlubiyyəti şərh edib:
"Birinci hissənin ortalarında oyunu çevirmək imkanımız oldu, istifadə edə bilmədik. Bu mövsüm hədəfimiz Birinci Liqada qalmaqdır. Aşağı liqaya düşmək istəmirik. Liqanın səviyyəsi yüksəkdir. Keyfiyyətli futbolçular var, komandalar çempionluğa oynayır. Çempionatda ciddi rəqabət var. Bizim üçün liqada qalmaq çox çətin olacaq. Sona qədər mübarizə aparacağıq. Heyətimiz çox geniş deyil. Stadionla bağlı problemimiz qalmaqdadır. Ev oyunlarını Şamaxıda keçiririk. Ona görə də, hər matç bizim üçün səfərdə keçirilir, deyə bilərik. Hər oyuna görə 3 saata yaxın yol gedirik. Bu qədər məsafə qət edib, oynamaq çox çətindir. Ümid edirik ki, stadionumuz hazır olacaq. İndiki durumumuz çox ağırdı".
Qeyd edək ki, 3 turdan sonra aktivində 1 xal olan Xaçmaz təmsilçisi turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.