"Kayrat"ın qapıçısı Şerxan Kalmurza Çempionlar Liqasının 2-ci turunda "Real"la keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb. Qolkiper qarşıdakı matçla bağlı "Qsport" portalına açıqlama verib:
"Bu, böyük məsuliyyətdir. Sən təkcə klub üçün yox, ölkə üçün oynamalısan. Bütün Qazaxıstan oyunu izləyəcək. Hətta deyərdim bütün MDB bizə azarkeşlik edəcək.
Rəqib böyük klub olmasına baxmayaraq, onlara bizim kim olduğumuzu, Qazaxıstanda böyük istedada malik futbolçuların varlığını göstərməliyik".
Qeyd edək ki, "Kayrat" - "Real" matçı sabah Almatıdakı Mərkəzi Stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.