Fransa yığmasının baş məşqçisi Didye Deşam Kilian Mbappenin zədəsi ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun Polşa ilə matçda oynaya bilmə ehtimalı barədə danışıb:

 

"Mbappe Polşaya qarşı meydana çıxa biəcək? Hər şey uğurlu keçir, onun bərpa prosesi gedir. O, maskaya uyğunlaşmağa çalışır. İndidən dəqiq bir söz söyləmək mümkün deyil".

 

Qeyd edək ki, Mbappe ilk turun Avstriya ilə oyununda zədələnib. O, Niderlandla görüşü ehtiyat oyunçular skamyasında keçirib. Forvard dünən Almaniyanın aşağı liqa təmsilçisi ilə yoxlama matçından çıxış edib və 2 qol vurub.