"Nəinki Azərbaycanın futbol ictimaiyyəti, Avropanın futbol ölkələri "Qarabağ"dan bu nəticəni gözləmirdilər". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" komandasını məğlub etdiyi oyunla bağlı fikirlərini bölüşüb:

"Çempionlar Liqasında iki oyuna 6 xal çox möhtəşəm başlanğıcdır. "Qarabağ" bunu təsadüfən yox, öz oyunu ilə qazanıb. Dünən iki fərqli hissə izlədik. Bu, gözlənilən idi. Çempionlar Liqasında zəif rəqib yoxdur. Birinci hissə tam təmsilçimizin üstünlüyü şəraitində ilə keçən matç oldu. İkinci hissədə "Qarabağ" xarakter göstərək, səbr və təmkinlə necə yaxşı hücum edirdisə, elə də müdafiə olunmağı bacardı. Ötən gün "Qarabağ" təsadüfi yox, layiqli qələbə qazandı. Komandamıza uğurlar arzulayıram. İnşallah, qələbələrin ardını gətirməyə davam etsinlər".

Qeyd edək ki, II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini məğlub edən (2:0) "köhlən atlar" I turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib.