"Liverpul"un müdafiəçisi Covanni Leoni dizindəki çarpaz bağın qırılmasından sonra əməliyyat olunub. Sport24.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Əməliyyat başa çatıb. Mesajlara görə hamınıza təşəkkür edirəm. Tezliklə qayıdacam".
18 yaşlı italyan sentyabrın 23-də "Sauthempton"la matçda sıradan çıxıb. "Liverpul"un baş məşqçisi Arne Slot futbolçunun mövsümü buraxa biləcəyini bildirib.
Qeyd edək ki, Leoni bu ilin avqustunda "Parma"dan "Liverpul"a keçib. Müqavilənin dəyəri 31 milyon avro olub. Onun ingilis klubu ilə müqaviləsi 2031-ci ilin yayında başa çatır.