İsveçrə Futbol Assosiasiyasının mətbuat katibi Serjio Affuso, milli komandanın U-15 dünya kubokunda iştirak etməməsinin səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə Sport24.ru postalına açıqlama verib:

 

"İsveçrə Futbol Assosiasiyası idman mübadiləsinin bütün formalarını alqışlayır. Biz FİFA-dan dəvəti iyunun 25-də aldıq. İyulun 9-da isə idman və texniki səbəbləri əsas gətirərək bundan imtina etdik.

Hazırda U-15 milli komandamız gənc istedadların müəyyənləşdirilməsi prosesindədir. Dekabr ayına qədər bu iş üç regionlararası təlim mərkəzində cəmləşəcək. Dekabrın ortalarında keçiriləcək turnirdən sonra biz hər birində 30 oyunçu olmaqla iki qrup formalaşdıracağıq. Bu bölgü oyunçuların fiziki inkişaf templərinə (erkən və ya gec inkişaf edən olmalarına) əsasən aparılacaq".

 

Qeyd edək ki, FİFA-nın bayrağı altında keçiriləcək mundial oktyabrın 22-dən 31-dək Bakıda baş tutacaq.