2026-cı il Qitələrarası Kubokun həlledici matçlarına Qətər ev sahibliyi edəcək. Sport24.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. 

 

Oyunlar Əl-Rayyan şəhərində, Şeyx Casim bin Həməd stadionunda keçiriləcək. Dekabrın 16-da baş tutacaq final matçında PSJ iştirak edəcək. Fransa klubunun rəqibi hələ müəyyənləşməyib.

 

Həmçinin, dekabrın 9-da bu stadionda üçüncü turun oyunu keçiriləcək. Meksikanın "Toluka" klubu "Copa Libertadores"in (hələ başa çatmamış turnir) qalibi ilə qarşılaşacaq.

 

Daha sonra, dekabrın 12-də həmin qarşılaşmanın qalibi "Çelencer Kuboku" (Challenger Cup) çərçivəsində mübarizə aparacaq. Bu qarşılaşma PSJ-nin rəqibini müəyyən edəcək. İştirakçılardan biri artıq məlumdur – bu, Cənubi Afrikadan olan, Afrika klub çempionu "Mamelodi Sandauns"dur.